Ukraynanın Dövlət Təhqiqat Bürosu keçmiş daxili işlər naziri Vitali Zaxarçenkoya qiyabi olaraq (vəzifəli şəxsləri dövlətə xəyanətə təhrik etmək maddəsi ilə) ittiham irəli sürüb.
Kriminal.Az-ın verdiyi məlumata görə, bu barədə qurum öz "Telegram" kanalında məlumat verib.
Bildirilir ki, 2022-ci ildə Zaxarçenko Ukrayna rəsmilərinə zəng edərək onları Ukrayna ərazilərinin Rusiyaya təslim edilməsi barədə müqavilə imzalamağa inandırmağa çalışıb.
Qurum həmçinin keçmiş naziri ictimai çıxışlarında Rusiya Silahlı Qüvvələrinin nümayəndələri haqqında müsbət fikirlər söyləməkdə ittiham edib.
Bundan başqa Zaxarçenkonun cəmiyyətdə hökumət əleyhinə əhvali-ruhiyyə formalaşdırmaq üçün bir sıra videoların yaradılmasında və nəşrində iştirak etdiyi vurğulanıb.
Qeyd edək ki, Vitali Zaxarçenko sabiq prezident Viktor Yanukoviçin hakimiyyəti dövründə, 2011-2014-cü illərdə daxili işlər naziri vəzifəsini tutub.