kriminal.az
ABŞ-də korrupsiyada təqsirli bilinən ermənipərəst senator istefa verəcək

ABŞ məhkəməsi tərəfindən korrupsiyada və digər ştatların maraqlarını lobbiçilikdə təqsirli bilinən ermənipərəst senator Robert Menendes istefa verməyi planlaşdırır.

Bu barədə Kriminal.Az "Fox News" kanalına istinadən məlumat verir.

Siyasətçiyə yaxın mənbələrin bildirdiyinə görə, vəzifədən getməsi uzun illər ərzində Konqresdə yüksək vəzifələr tutan Menendesin təxminən 30 illik karyerasının başa çatmasına gətirib çıxaracaq.

Senator özü isə heç bir bənd üzrə günahını etiraf etmir.

Xatırladaq ki, iyulun 16-da ABŞ andlılar məhkəməsi demokrat senator Robert Menendesi bütün 16 ittiham bəndi üzrə təqsirli bilib ki, buraya korrupsiya və xarici agent kimi Misir və Qətərin maraqlarına lobbiçilik etmək də daxildir.

Bundan əlavə, siyasətçi ədalət mühakiməsinə mane olmaqda, qəsbkarlıqda və dələduzluqda təqsirli bilinib. Robert Menendesi 20 ilə qədər həbs gözləyir, lakin o, apellyasiya şikayəti verə bilər.

Top
0.050748825073242