"İngiltərənin Oksfordşir qraflığında keçirilən Avropa Siyasi Birliyinin Sammitində iştirak edənlər qeyri-qanuni miqrasiya ilə mübarizəni prioritet hesab ediblər".
Kriminal.Az TASS-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer tədbirin sonunda keçirdiyi mətbuat konfransında deyib.
"Biz qeyri-qanuni miqrasiyaya yanaşmamızı nəzərdən keçiririk, bu gün əsas mövzu bu idi. Biz qeyri-qanuni mühacirlərin daşınması ilə məşğul olan qruplarla mübarizə aparacağıq, onların biznes modelini pozacaq və sərhədlərimizi qoruyacağıq", - Britaniya hökumətinin başçısı deyib.
O, xüsusilə qeyd edib ki, Böyük Britaniya Avropa Polis Agentliyində (Avropol) "mövcudluğunu artıracaq", Slovakiya və Sloveniya ilə miqrasiya sahəsində əməkdaşlığa dair yeni sazişlər bağlayacaq.