kriminal.az
Türkiyədə ağlasığmaz hadisə: 13 yaşlı uşaq yatarkən güllələndi

Türkiyənin İstanbul şəhərinin Sultanqazi rayonunda motosikletli şəxs 4 mərtəbəli binaya yaxınlaşaraq zirzəmiyə doğru atəş açıb. Bu zaman çarpayısında yatan 13 yaşlı uşaq güllələrin hədəfinə çevrilib.

Bu barədə Kriminal.Az Haber Global-a istinadən xəbər verir.

Məlumata görə, motosikletli şəxs tapança ilə atəş açdığı zaman pəncərədən içəri girən güllələr həmin vaxt yuxuda olan 13 yaşlı Evin adlı qıza dəyib. Evin yaralanıb, atəş açan şəxs isə hadisə yerindən qaçıb. Hadisə yerinə polis və tibb qrupları göndərilib.

Qolundan xəsarət alan qız ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılıb və müalicəsi xəstəxanada davam edir.

Polis şübhəlinin ələ keçirilməsi üçün əməliyyata başlayıb.

Qızın anası Semra Akdağ baş verənlərdən şok keçirdiyini deyib.

"Qız qan içində idi. "Ana" deyə səsləndi. Gəldim və halını görəndə şok oldum, özümə gələ bilmədim. Xəstəxanaya aparıldı. Kimin etdiyini də bilmirik. Hər hansı məlumat da ala bilmədik. Durduğu yerdə baş verdi", - deyə qadın bildirib.

Top
0.052855968475342