kriminal.az
Üç minə yaxın fransalı sənətçi hökuməti təhdid edib

İyulun 26-da Parisdə keçiriləcək Olimpiadanın açılış mərasimində iştirak etməli olan üç minə yaxın fransalı sənətçi hökuməti tətillə hədələyib.

Kriminal.Az "Le Parisien" nəşrinə istinadən xəbər verir ki, onlar rüsvayçı əmək müqavilələrindən şikayət edirlər.

Qeyd olunur ki, artıq həmkarlar ittifaqının bəyanatı aidiyyəti qurumlara təqdim olunub.

Xatırladaq ki, Parisdə Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-nə qədər, Paralimpiya Oyunları isə avqustun 28-dən sentyabrın 8-nə qədər keçiriləcək.

Top
0.038848876953125