"Microsoft"da "Crowdstrike" yeniləməsindən qaynaqlanan problem səbəbi ilə dünyada xaos yaşandığı bir zamanda həftənin əvvəlində məşhur türkiyəli astroloq Hande Kazanovanın gözlənilməz hadisələr barədə xəbərdarlığı gündəm olub.
Bu barədə Kriminal.Az "Haber Global"a istinadən bildirir.
"Bu həftə gözlənilməz hadisələr ola bilər", - deyə astroloq açıqlama verib.
Hande Kazanovanın bu həftə üçün verdiyi proqnoza görə, hərbi əməliyyatlar, tətillər, hücumlar və təhlükəsizlik problemləri ola bilər. Həmçinin iqtisadi böhranlar, iflas halları və təbii fəlakətlər kimi mənfi hadisələrin ortaya çıxması da mümkündür.
Maliyyə nöqteyi-nəzərindən birjalarda alış imkanları yarana bilər, sərmayənin qoyulması tövsiyə edilmir və kriptovalyutalarla bağlı gözlənilməz proseslər yaşana bilər.
"Bu həftə 17, 19 və 20 iyul mühüm tarixlərdir. Bazarlarda sürətli eniş-çıxışlar müşahidə oluna bilər. İyulun 21-də gerçəkləşəcək bədirlənmiş ay özü ilə bəzi böhranlar gətirə bilər", - deyə Hande Kazanova qeyd edib.