Banqladeşdə hökumət işləri üçün kvota sisteminə qarşı etirazlar nəticəsində yaranan iğtişaşlar nəticəsində ölənlərin sayı 100-ü ötüb.
Kriminal.Az "Frans Press" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkə xəstəxanalarındakı hesablamalarına istinadən məlumat yayılıb.
"Banqladeşdə davam edən tələbə etirazlarında ölənlərin sayı 105-ə çatıb", - məlumatda bildirilir.
Banqladeşdə bir neçə həftə əvvəl başlayan tələbə etirazları genişlənib.
Kriminal.Az "AFP"yə istinadən xəbər verir ki, polislə toqquşmalar zamanı ölənlərin sayı 75 nəfərə çatıb. Mindən çox insan yaralanıb.
Qeyd edilir ki, 170 milyonluq ölkədə 32 milyona yaxın gənc işsizdir.
Banqladeşin paytaxtı Dəkkədə hökumətin kvota əleyhinə etirazları yatırtmaq üçün bəzi mobil internet xidmətlərini dayandırmasından sonra çubuq və daşla silahlanmış minlərlə tələbə silahlı polislə toqquşub.
Kriminal.Az "Reuters"ə istinadən xəbər verir ki, vu barədə ölkənin informasiya və kommunikasiya texnologiyaları üzrə dövlət naziri Zünəid Əhməd Palak jurnalistlərə bildirib.
Rəsmilər bildiriblər ki, Dəkkədə polislə toqquşmada 6 nəfər, avtobus sürücüsü və 1 tələbə həlak olub. Məlumata görə, yüzlərlə insan yaralanıb. Bu həftə ərzində etirazlar zamanı ən azı 12 nəfər ölüb.
Qeyd edək ki, ümummilli etirazlara səbəb gənclər arasında işsizliyin yüksək səviyyədə olmasıdır: ölkənin 170 milyon əhalisinin demək olar ki beşdə biri işsiz və ya təhsilsizdir.
Xatırladaq ki, Banqladeşdə tələbə etirazları bu ayın əvvəlində Ali Məhkəmənin Banqladeşdə 1971-ci il Müstəqillik Müharibəsində azadlıq döyüşçülərinin qohumları üçün 30% məşğulluq kvotasını bərpa etmək qərarına gəlməsindən sonra başlayıb.