"Amerikanın Marsa astronavt göndərməsinin vaxtı çatıb".
Kriminal.Az xəbər verir ki, bunu amerikalı sahibkar İlon Mask iyulun 20-də sosial mediadakı "X" səhifəsində bildirib.
"İndi Amerikanın Marsa astronavt göndərməklə daha da yüksək zirvələrə çatmasının vaxtıdır! Axı kosmos səyahətçisi olmaq və Marsda yeni sivilizasiyanın qurulmasına kömək etmək istəyən hər kəsin imkanı olmalıdır. Bu, ruhlandırıcı gələcəkdir!", - iş adamı yazıb.
Qeyd edək ki, Mask bunu NASA-nın ABŞ kosmik gəmisi Apollo 11-in Ay modulunun Yer peykinin səthinə uğurlu enişinin 55-ci ildönümünə həsr olunmuş postuna cavab olaraq bildirib.
And now it is time for America to reach far greater heights by sending astronauts to Mars!
— Elon Musk (@elonmusk) July 20, 2024
Ultimately, anyone who wants to be a space traveler and help build a new civilization on Mars should be able to do so.
That is an inspiring future! https://t.co/uWWHFa4fuV