kriminal.az

"Microsoft" şirkəti "CrowdStrike" sistemində bu yaxınlarda yaranmış problemin təsirinə məruz qalmış kompüterlərin (FK) qısa bir zamanda diaqnostika və funksionallıqlarını bərpa etmək üçün yardım proqramı təqdim edib.

Kriminal.Az "The Verge"ə istinadən xəbər verir ki, utilita USB daşıyıcılarına quraşdırılır və administratorlara systemin təsirinə məruz qalmış kompüterlərdəki problemləri tez bir zamanda həll etməyə imkan verir. Proqram "Windows PE" mühitində işləyir və nasazlıqdan təsirlənən kompüterin məlumat bazasına birbaşa giriş əldə edir. Nasazlığa səbəb olmuş faylları avtomatik olaraq müəyyən edib silməklə, sistemin normal fəaliyyətini bərpa edir. "BitLocker" vasitəsilə disk şifrələməsindən istifadə etdikdə, utilita bərpa prosesinə başlamazdan əvvəl müvafiq parolu daxil etməyinizi xahiş edir.

Top
0.12433218955994