kriminal.az
Trampın reytinqi son 4 ildə ilk dəfə 40 %-ə yüksəlib

ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın reytinqi sui-qəsd cəhdindən və Respublikaçıların milli qurultayından sonra yüksəlib.

Kriminal.Az xəbər verir ki, bunu "Ipsos" sosioloji xidmətinin "ABC" televiziya şirkəti üçün hazırladığı sorğunun məlumatları sübut edir.

Tədqiqata görə, Trampın reytinqi cari hadisələr fonunda son 4 ildə ilk dəfə 40%-ə yüksəlib.

Sorğu 19-20 iyul tarixlərində 1141 amerikalı arasında aparılıb.

ABŞ-də prezident seçkisi noyabrın 5-də keçiriləcək. Donald Trampın namizədliyi Respublikaçılar Partiyasının iyulun 15-də başlayan və 4 gün davam edən milli qurultayında təsdiqlənib.

ABŞ-nin hazırkı Prezidenti Co Bayden isə prezidentlik yarışından geri çəkildiyini açıqlayıb.

Top
0.047111988067627