İndiyədək Aya ümumilikdə altı ABŞ bayrağı sancılıb.
Kriminal.Az focus.ua-ya istinadən xəbər verir ki, indiyədək Yerin təbii peykində ABŞ dövlət rəmzləri ilə nə baş verdiyini heç kim dəqiq bilmir.
Lakin alimlər hesab edirlər ki, onilliklərdir orada dalğalanan bayraqlar artıq əvvəlki vəziyyətində deyil.
Qeyd edək ki, ilk ABŞ bayrağı Ayda 1969-cu il iyulun 20-də dalğalandırılıb. Sonuncu bayraq isə 1972-ci ilin dekabrında Yerin təbii peykinə sancılıb.
Ayda dalğalandırılan altı ABŞ bayrağı heç də eyni ölçüdə olmayıb.