Türkiyənin Mersin şəhərində iki nəfəri bıçaqla yaralayaq qaçıb gizlənən, daha sonra isə onu axtaran polislərə sosial şəbəkələrdə "meydan oxuyan" cinayətkar saxlanılıb.
Kriminal.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cinayətkar video paylaşaraq, "17 yaşımdan həbsxanaya girib-çıxan adamam, məni helikopterlə tutmağa cəhd edirsiniz?" - deyərək polislərə mesaj göndərib.
Lakin cinayətkar qısa müddət sonra tapılaraq istintaqa təhvil verilib.
O, ilkin dindirmə zamanı hərəkətinə görə polislərdən üzr istəyib və cinayəti törətdiyini etiraf edib.