Avropa İttifaqı Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqların başlanmasını təsdiqləyib.
Kriminal.Az "Anadolu"ya istinadən bildirir ki, Aİ-nin Xarici Əlaqələr Şurası danışıqlara başlamaq qərarından məmnunluğunu ifadə edib.
Məlumatda bildirilir ki, viza rejiminin liberallaşdırılması imkanları "meyarlara tam uyğunluq halında" baş tutacaq. Bu meyarların müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə məsuliyyəti Aİ Şurası və üzv dövlətlər daşıyacaq.
Viza rejiminin liberallaşdırılması Ermənistan vətəndaşlarına viza almadan Şengen ölkələrinə qısamüddətli səfərlər etmək imkanı verəcək. Danışıqların başa çatması bir neçə il çəkə bilər.