Aİ Şurası "Macarıstanın Aİ-nin ümumi siyasətinə xələl gətirməsinə" cavab olaraq birlik ölkələrinin xarici işlər nazirlərinin Budapeştdə qeyri-rəsmi görüşünü keçirməkdən imtina edib.
Kriminal.Az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Xosep Borrell məlumat verib.
Onun sözlərinə görə, iclas Brüsseldə çağırılacaq.