kriminal.az
ABŞ Ukrayna sərhədi yaxınlığında nüvə bombardmançıları yerləşdirib

ABŞ Rumıniyada, Ukrayna sərhədi yaxınlığında nüvə bombardmançıları yerləşdirib.

Kriminal.Az mk.ru-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Avropa Komandanlığı bildirib.

Məlumata görə, iki "B-52H Stratofortress" təyyarəsi Mixail Kogalniçanu aviabazasına çatıb. Uçuş bombardmançı əməliyyat qrupunun təlimi çərçivəsində həyata keçirilib.

Qeyd olunur ki, ABŞ-nin nüvə silahı daşımağa qadir olan strateji bombardmançı təyyarələri ilk dəfədir ki, Rumıniya ərazisində fəaliyyət göstərir.

Top
0.72066688537598