2023-cü il noyabrın 26-da Syerra-Leonedə uğursuz dövlət çevrilişi cəhdinin təşkilatçılarından biri Amadu Koita Makalo 182 il müddətinə azadlıqdan məhrum edilib.
Kriminal.Az Lenta.ru-ya istinadən xəbər verir ki, müxalifət lideri və keçmiş Sierra-Leone prezidenti Ernest Bey Koromanın mühafizəçisi olmuş Makalo dövlətə xəyanətdə təqsirli bilinib. Məhkəmə onu müxtəlif maddələrlə 52, 60 və 70 il müddətinə azadlıqdan məhrum edib.
Həmçinin, məhkəmə Makalo ilə yanaşı, qrupun daha 11 üzvünü vətənə xəyanətdə təqsirli bilib. Bu təşkilatın üzvlərinə keçmiş polis və cəzaçəkmə müəssisələrinin əməkdaşları daxildir. Makalonun əlaltılarının cəza müddəti hələlik açıqlanmayıb.