Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyasının qurucusu və fəxri sədri Bidzina İvanişvili, həmçinin partiyanın digər yüksəkvəzifəli şəxslərinə qarşı terror aktının hazırlanması ilə bağlı cinayət işini araşdırır.
Kriminal.Az-ın məlumatına görə, bu barədə Gürcüstanın "İmedi" telekanalı öz mənbələrinə istinadən məlumat verib.
Bildirilib ki, məhkəmədə artıq bir neçə gündür bu işlə bağlı insanların ifadəsi alınır. Dindirilənlərin əksəriyyəti Ukraynada döyüşmüş muzdlulardır.