Amerikalı milyarder İlon Mask psixologiya professoru Cordan Petersonla müsahibəsində uşaqlar arasında cinsiyyətin dəyişdirilməsi ideologiyasını təbliğ edənlər haqqında danışıb.
Kriminal.Az "Daily Wire"yə istinadən xəbər verir ki, Mask bu tendensiya nəticəsində ailəsində baş verən faciədən danışıb və oğlu Ksavyenin cinsi yetişkənlik blokatorlarını qəbul etməsi üçün aldatma yolu ilə razılıq blankını imzalamağa təşviq olunduğunu etiraf edib. Həkimlər onu əmin ediblər ki, bu edilməsə, uşaq intihar edə bilər, lakin dərmanların onda sterilizasiyaya (qısırlıq) səbəb olacağı barədə xəbərdarlıq etməyiblər.
"Uşaqların cinsini dəyişən həkimlər bir bəladır. Bu ideologiyanı təbliğ edən fəallar həbsxanada olmalıdırlar. Əslində oyanma virusu mənim oğlum Ksavyeni öldürüb", - deyə o bildirib.
Xatırladaq ki, 2022-ci ildə 18 yaşı tamam olan Ksavye anasının soyadını (Uilson) götürərək və özünə Vivian Cenna adı seçərək rəsmən qız olub.
Mask ailəsində baş verən faciədən danışdı