kriminal.az
ABŞ - Ermənistan hərbi təlimləri barədə yeni açıqlama

İyulun 15-dən Ermənistanda keçirilən "Eagle Partner 2024" təlimləri başa çatmaq üzrədir. ABŞ səfiri Kristin Kvin və üç general - Ceyms Krizel, Entoni Mohat və Endrü Saslav təlimləri qiymətləndiriblər.

Kriminal.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin briqadasının, ABŞ-nin Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edirlər.

Xatırladaq ki, iyulun 15-dən 24-dək Ermənistanda "Eagle Partner 2024" adlı birgə erməni-amerikan hərbi təlimləri keçirilir.

Top
0.037901878356934