kriminal.az
ABŞ prezidenti xalqa müraciət edəcək

ABŞ Prezidenti Co Bayden çərşənbə günü prezidentlik yarışından çəkilməyi ilə bağlı xalqa müraciət edəcək.

Kriminal.Az xəbər verir ki, bu barədə dövlət başçısı "X" (keçmiş "Twitter") səhifəsində yazıb.

"Sabah axşam ABŞ-nin şərq sahili vaxtı ilə saat 20:00-da (cümə axşamı Bakı vaxtı ilə 04:00 - red.) Oval kabinetdən ölkəni qarşıda nələrin gözlədiyi və Amerikanın xeyrinə işimi necə tamamlayacağım barədə insanlara danışacağam", - Bayden qeyd edib.

Xatırladaq ki, keçən həftənin sonundan bəri Bayden koronavirus səbəbindən Delaver ştatındakı iqamətgahında özünü təcrid edib.

Top
0.0832839012146