kriminal.az
Uels hökumətinin başçısı ilk dəfə qadın seçildi

Baronessa Eluned Morqan Uels İşçi Partiyasının yeni lideri seçilib və ölkənin ilk qadın naziri olub.

Kriminal.Az TASS-a istinadən xəbər verir ki, 57 yaşlı Morqan Uels leyboristlərinə və yerli hökumətə rəhbərlik etməyə yeganə namizəd kimi çıxış edib. Daha əvvəl bu vəzifələri heç vaxt qadın tutmayıb.

Morqan 15 il Avropa Parlamentində Uelsi təmsil edib və 2011-ci ildə Leyboristlər Partiyası hökumətində Uels üzrə nazir vəzifəsində çalışaraq Lordlar Palatasına təyin edilib.

2016-cı ildə o, London parlamentini Uels parlamentinə dəyişib və 2021-ci ildə Mark Drakefordun regional kabinetində səhiyyə naziri vəzifəsini tutub.

Top
0.050288915634155