kriminal.az
Nadir

"Bugatti Chiron Sport"un nadir nümunəsi "110 Ans Bugatti" iyulun 27-də Almaniyanın Teqernze şəhərində keçiriləcək "Sotheby's" hərracına çıxarılıb.

Bu avtomobil 2019-cu ildə "Bugatti"nin yaranmasının 110 illiyinə həsr olunmuş 20 nüsxədən ibarət məhdud tirajla buraxılıb.

Lotun gözlənilən dəyəri 3,3-3,8 milyon avro təşkil edir.

Avtomobilin kuzovu tutqun "Steel Blue" rəngi ilə seçilir. Superkar 1500 at gücü hasil edən 8 litrlik W16 mühərriki ilə təchiz edilib. Bu "Chiron Sport" 100 km/saat həddinə 2,4 saniyədən az vaxta sürətlənir və 420 km/saata çatmağa qadirdir.

Top
0.04169487953186