"Moskvanın şimalında hərbi qulluqçunun içərisində olduğu avtomobilin partladılmasında ittiham olunan Yevgeni Serebryakov cinayətkar qrupun tərkibində fəaliyyət göstərib".
Kriminal.Az-ın verdiyi məlumata görə, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
"Serebryakovun rolların bölüşdürüldüyü cinayətkar qrupun tərkibində fəaliyyət göstərdiyini düşünməsi üçün istintaqın bütün əsasları var. O özü partlayışın icraçısı olub. Hazırda bu cinayətin sifarişçisinin və təşkilatçısının müəyyən edilməsi üçün tədbirlər görülür", - deyə agentliyin həmsöhbəti bildirib.
Xatırladaq ki, iyulun 24-də səhər Moskvanın Sinyavinskaya küçəsində park edilmiş "Toyota Land Cruiser" avtomobilində , iki nəfər xəsarət alıb. Hüquq-mühafizə orqanları TASS-a bildirib ki, partlayıcı qurğu avtomobilin sürücü oturacağı hissəsində, maşının altında yerləşdirilib. Versiyalardan birinə görə, partlayış zərərçəkənlərdən birinin xidməti fəaliyyəti ilə bağlıdır. Baş vermiş hadisə ilə bağlı "iki və ya daha çox şəxsi öldürməyə cəhd" və "partlayıcı maddələrin və partlayıcı qurğuların qanunsuz satışı" maddələri ilə cinayət işi açılıb.
Serebryakov qiyabi həbs edilib və beynəlxalq axtarışa verilib. O, Türkiyənin Bodrum şəhərində saxlanılıb.