Rusiyanın Ryazan bölgəsində dəmir yolu körpüsü yoxa çıxıb.
Kriminal.Az "RİA Novosti" "Telegram" kanalına istinadən xəbər verir ki, metal konstruksiyanın ümumi çəkisi yüz tona yaxın olub.
Polis körpünün müəmmalı şəkildə yoxa çıxma səbəblərini araşdırır. Rusiya mediası onun metal kimi satıla biləcəyini yazıb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, körpü Lopatino və Novikovo kəndi arasında yerləşib. Hazırda araşdırılma aparılır.