İki braziliyalı qadın oropuş qızdırmasının qurbanı olub.
Kriminal.Az xəbər verir ki, bu barədə ölkənin Braziliyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, hər iki qadının yaşı 30-dan aşağıdır, onlar Braziliyanın şərqində yerləşən Baiya ştatının sakinləridirlər.
Bildirirlib ki, onlarda denqe qızdırmasının əlamətləri olan yüksək bədən hərarəti müşahidə olunub.
Braziliya Səhiyyə Nazirliyinin məlumatına əsasən, bu günə qədər dünyada oropuş qızdırmasından ölüm halı qeydə alınmamışdı.