kriminal.az
Bərdədə kişi qonşusunu bıçaqladı

Bərdədə bıçaqlanma hadisəsi olub.

Kriminal.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, iyul ayının 25-də saat 21 radələrində Bərdə rayonunda Cəyirli kənd sakini E.Həşimovun kəsici-deşici alətlə xəsarət alması barədə polisə məlumat daxil olub. Polis əməkdașlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişin qonşusu Zaur Lalayev saxlanılıb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Top
0.62016606330872