UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" oyununda ikinci qol vurulub.
Kriminal.az xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda Ağdam təmsilçisi hesabı bərabərləşdirib - 1:1.
50-ci dəqiqədə Marko Yankoviç fərqlənib.
***
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" oyununda hesab açılıb.
Kriminal.az xəbər verir ki, "Qroupama Arena" stadionunda keçirilən matçda meydan sahibləri hesabı açıblar.
28-ci dəqiqədə Barnabas Varqa adını tabloya yazdırıb.
***
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" matçı start götürüb.
Kriminal.az xəbər verir ki, qarşılaşması "Qroupama Arena" stadionunda keçirilir.
Görüşü portuqaliyalı FIFA referisi Juan Pedru da Silva Pineyru idarə edir.
***
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanda "Ferentsvaroş"la "Qarabağ" arasında keçiriləcək ilk oyun üçün start heyətləri açıqlanıb.
Kriminal.az xəbər verir ki, komandalar bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar.
"Ferentsvaroş": 90. Denes Dibuş, 3. Stefan Qartenmann, 28. Toon Raemaekers, 22. Qabor Salai, 25. Cebrail Makrekis, 64. Aleks Tot, 23. Bense Etvöş, 36. Qavriel Kaniçovski, 47. Kallum O'Douda, 75. Lenni Jozef, 19. Barnabaş Varqa
Baş məşqçi: Robbi Kin
"Qarabağ": 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 27-də Bakıda keçiriləcək.