Fransanın Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı iddialı planlar hazırladığı bir ərəfədə Parisdə dəmiryolu və hava limanındakı təxribatlarla yanaşı, daha bir problem ortaya çıxıb.
Bu barədə Kriminal.Az "RT" "Telegram" kanalına istinadən yazır.
Məlumata görə, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvlərinin qalacağı "Hotel du Collectionneur"in işçiləri tətilə çıxıblar.
Məsələ burasındadır ki, onların maaşları yeddi ildir ki, artırılmır. Üstəlik, BOK-un bu hotelin restoranına xidmət üçün 22 milyon avro xərcləmək planına baxmayaraq, məsələ həllini tapmır.
Qeyd edək ki, Fransanın yüksəksürətli dəmiryol şəbəkəsi (TGV) Paris Olimpiya Oyunlarının açılış mərasimindən bir neçə saat əvvəl yanğınlar da daxil olmaqla, nəqliyyat sisteminin işini pozan təxribatlara məruz qalıb.
Həmçinin, yanğın hadisələrindən bir neçə saat sonra İsveçrə-Fransa sərhədində Bazel-Miluz aeroportunda partlayıcı maddə olduğu xəbəri verilib və insanlar təhlükəsizlik səbəbi ilə təxliyə ediliblər.
Parisdə Beynəlxalq Olimpiya Komitəsinin üzvlərinin qalacağı hotelin işçiləri tətilə çıxdılar