Böyük Britaniyanın paytaxtı London sunami təhlükəsi ilə üzləşə bilər. Təhlükə Temza çayında batan və partlayıcılarla dolu olan İkinci Dünya Müharibəsindən qalmış "Qiyamət günü gəmisi"ndən qaynaqlanır.
Kriminal.Az xəbər verir ki, bu barədə "The Daily Mail" məlumat yayıb.
Mütəxəssislər xəbərdarlıq ediblər ki, sursat partlaya və böyük dalğaya səbəb ola bilər.
ABŞ-nin "Riçard Montqomeri" esminesi müttəfiqlər üçün sursat daşıyıb. 1944-cü ilin avqustunda Temza ağız hissəsində təxminən 15 metr dərinlikdə batıb. Gəmidə 1400 ton partlayıcı olub və gəmi su altında batmazdan əvvəl onları sahilə boşaltmağa vaxt olmayıb.
Esminesin dirəkləri hələ də suyun üzərindən çıxır. Mütəxəssislər onların batmış gəminin üzərinə çökməməsi və partlayışa səbəb olmaması üçün təhlükəsiz şəkildə sökülməsinə dair plan hazırlayırlar.
Yeni araşdırma həmçinin göstərib ki, gəminin gövdəsinin vəziyyəti sürətlə pisləşir.
"Batmış gəminin vəziyyətinin pisləşməsi narahatlıq doğurur və şəhər şurası vəziyyəti diqqətlə izləyir", - yerli hakimiyyətin rəsmiləri bildiriblər.
Mütəxəssislər gəminin qalıqlarının yerə düşməsinin döyüş sursatını işə salacağından ehtiyat edirlər. Onlar Temzada sunami dalğasına və sahil boyunca dağıntılara səbəb olmaq üçün kifayət qədər partlayıcı gücə malik ola bilər.