kriminal.az
Çinin ABŞ-dən tələbi məlum oldu

Çin hakimiyyəti ABŞ-nin Nüvə Silahlarının Yayılmaması Müqaviləsini pozmasını qəbuledilməz hesab edir və müvafiq ABŞ silahlarının Avropa ərazisindən çıxarılmasını tələb edir.

Kriminal.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib.

"ABŞ-nin nüvə silahlarının onlara malik olmayan NATO ölkələrinin ərazisinə yerləşdirilməsi və bu silahların həmin dövlətlərin qırıcı təyyarələri tərəfindən çatdırılmasına icazə verməsi müqavilənin açıq şəkildə pozulmasıdır", - o, brifinqdə deyib.

Pekin razılaşmanı pozan dövlətləri "soyuq müharibə zehniyyətindən" əl çəkməyə çağırır. XİN nümayəndəsi nüvə silahının eyni şəkildə Asiya-Sakit okean regionuna daşınmasının qəbuledilməz olduğunu da vurğulayıb.

Xatırladaq ki, Nüvə Silahlarının Yayılmaması Sazişi 1968-ci ildə bağlanıb və Rusiya, Böyük Britaniya, Çin, ABŞ, Fransanın nüvə arsenallarını qanuniləşdirib. Sənədi imzalayan digər dövlətlər kütləvi qırğın silahı yaratmaq və ya əldə etmək hüququndan məhrumdurlar. 190-dan çox ölkə sazişin iştirakçısıdır. İsrail, Hindistan, Pakistan, Şimali Koreya 2003-cü ilin yanvarında müqavilədən çıxıb.

Top
0.038200855255127