kriminal.az
Olimpiadanın açılış mərasimində 19 nəfər saxlanılıb

Fransa polisi Paris Olimpiadasının açılış mərasimi zamanı 19 nəfəri saxlayıb.

Kriminal.Az xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Jerald Darmanen "France 2" telekanalının efirində deyib.

"Dünən axşam saatlarında 19 nəfər saxlanılıb", - deyən Darmanen həbslərin səbəbini açıqlamayıb.

Daha əvvəl bildirilmişdi ki, Oyunların açılış mərasimi zamanı təhlükəsizliyi 45 minə yaxın polis və jandarm, həmçinin 20 minədək hərbçi təmin edəcək.

Qeyd edək ki, Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Top
0.092674016952515