"Fransanın paytaxtı Parisdə Olimpiya Oyunlarının açılış mərasimi Qərbin mədəniyyətdən və ictimai əxlaqdan anlayışsız olduğunu göstərdi".
Kriminal.Az TASS-a istinadən xəbər verir ki, bu fikri Macarıstanın Baş naziri Viktor Orban Beile Tuşnad şəhərində çıxışı zamanı deyib.
"Qərb dünənki Olimpiya Oyunlarının açılışında göründüyü kimi, ümumi mədəniyyəti və ictimai əxlaqı inkar edir", - "Magyar Nemzet" qəzeti Orbandan sitat gətirib.
Qeyd edək ki, Paris Olimpiadası avqustun 11-də başa çatacaq.