kriminal.az
Harrisin vitse-prezident postuna namizədini nə vaxt açıqlayacağı məlum olub

ABŞ-nin vitse-prezidenti Kamala Harris hazırda demokratların prezident seçkisində iştirakı üçün ən çox ehtimal olunan namizəd hesab edilir, o, avqustun əvvəlində seçki yarışında tərəfdaşını elan edəcək.

Kriminal.Az xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən xəbər verib.

"O, rahat olduğu və lazım gələrsə, prezident olmağa hazır olan birini seçəcək", - xəbərdə qeyd olunur.

Harris hələ planlarını açıqlamayıb.

Potensial vitse-prezidentliyə namizədin adının yaxın iki həftə ərzində məlum olacağı gözlənilir.

Qeyd edək ki, ABŞ-də prezident seçkisi noyabrın 5-də keçiriləcək.

Top
0.12187099456787