Yakutiyada (Rusiya) meşə yanğınlarının sahəsi bir milyon hektarı ötüb.
Kriminal.Az mk.ru-ya istinadən xəbər verir ki, yanğınların söndürülməsinə iki minə yaxın insan cəlb edilib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hazırda Yakutiyada ümumilikdə 132 təbii yanğın hadisəsi qeydə alınıb.
Yanğınların söndürülməsi üçün nazirliyin aviasiyasından istifadə edilir. Havanın çirklənməsinin ölçülməsi davam etdirilir. Tüstü və ya dəm qazından zəhərlənmə halları qeydə alınmayıb.