kriminal.az
Bakıda yanğın olub

Bakıda yanğın olub.

Bu barədə Kriminal.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, qurumun "112" qaynar xəttinə Xətai rayonu, Nəsrəddin Tusi küçəsində təkər tullantılarının yanması barədə məluma daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri əraziyə cəlb olunublar.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının genişlənməsi və ətraf ərazilərə yayılmasının qarşısı alınaraq söndürülüb.

Həmin görüntüləri təqdim edirik:

Top
0.060848951339722