kriminal.az
Pentaqon Ukraynaya 1.7 milyard dollarlıq hərbi yardım göndərir

ABŞ Müdafiə Nazirliyi Ukrayna üçün ümumi dəyəri 1.7 milyard dollara çatan iki hərbi yardım paketi hazırlayıb.

Kriminal.Az TASS-a istinadən xəbər verir ki, 200 milyon dollar dəyərində olan birinci paketə raket əleyhinə müdafiə vasitələri, raket sistemləri və artilleriya üçün mərmilər, ABŞ arsenallarından tank əleyhinə silahlar daxildir.

Hava hücumundan müdafiə avadanlıqları ilə birlikdə 1,5 milyard dollarlıq ikinci paket isə Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü (USAI) çərçivəsində verilir. Bu halda ABŞ Müdafiə Nazirliyi silah və avadanlıqları birbaşa öz ehtiyatlarından vermir, büdcə ayırmaları hesabına istehsalçılarla müqavilələr bağlayır.

Top
0.041651964187622