kriminal.az
Tramp Federal Təhqiqatlar Bürosuna ifadə verəcək

ABŞ-nin keçmiş prezidenti Donald Tramp Pensilvaniyada ona qarşı sui-qəsd cəhdi ilə bağlı Federal Təhqiqatlar Bürosuna (FTB) ifadə verəcək.

Kriminal.Az-ın Gazeta.ru-ya istinadən xəbərinə görə, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində məlumat verib.

"Avqustun 1-də sui-qəsd cəhdi ilə bağlı FTB-yə ifadə verəcəyəm", - deyə Tramp bildirib.

Xatırladaq ki, daha əvvəl qeyd edildiyinə görə, belə hallarda sui-qəsdə cəhd qurbanlarının ifadə verməsi adi prosedurdur, lakin qurban buna məcbur edilməməlidir.

Telekanalın məlumatına görə, atəş açan şəxs cinayəti törətməzdən əvvəl dövlət liderlərinə qarşı səs-küylü cəhdlər barədə informasiya toplayıb. FTB bildirib ki, silahlı şəxs 2023-cü ilin yazından bəri odlu silahlarla bağlı internetdə 25-dən çox alış-veriş edib, həmçinin əldəqayırma partlayıcı qurğuların hazırlanması üçün komponentlər alıb.

Donald Trampa qarşı sui-qəsd cəhdi iyulun 13-də Pensilvaniyada keçirilən mitinqdə baş verib. Siyasətçiyə yaxınlıqdakı binanın damında olan gənc bir neçə dəfə atəş açıb. Tramp yüngül yaralanıb, güllələrdən biri onun qulağına dəyib. Hücum edən şəxs hadisə yerində öldürülüb.

Top
0.038869142532349