Tehranda İranın yeni seçilən prezidenti Məsud Pezeşkianın parlament binasında andiçmə mərasimi keçirilir.
Kriminal.Az bu barədə İran KİV-ə istinadən məlumat verir.
Bildirilib ki, təntənəli andiçmə mərasimində 80 dövlətdən rəsmi qonaqlar iştirak ediblər.
İran konstitusiyasının 121-ci maddəsinə əsasən, Məsud Pezeşkian parlament üzvləri, Konstitusiya Keşikçiləri Şurasının üzvləri və məhkəmə hakimiyyəti başçısının qarşısında and içəcək.
Bu gün, iyulun 30-da İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi keçiriləcək.
Kriminal.Az xəbər verir ki, tədbir Bakı vaxtı ilə 16:00-da İslami Şura Məclisində keçiriləcək.
Tədbirdə 70-dən artıq xarici nümayəndənin, 600 nəfər yerli və əcnəbi jurnalistin iştirakı gözlənilir.