kriminal.az
Elçin Əmirbəyov bir sıra ABŞ və BMT rəsmiləri ilə görüşlər keçirib

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ABŞ-yə işgüzar səfəri çərçivəsində bir sıra görüşlər keçirib.

Kriminal.Az bildirir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi məlumat yayıb.

Qeyd olunur ki, E.Əmirbəyov ABŞ prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Maykl Karpenter, Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O"Brayen, Mərkəzi Asiya məsələləri üzrə ofisin direktoru Brayan Stimmler, müdafiə nazirinin köməkçisinin müavini Laura Kuper və Nebraskadan seçilmiş senator Pit Riketts ilə görüşüb.

Tərəflər Azərbaycan-ABŞ gündəliyi, Azərbaycan-Ermənistan sülh prosesində işlərin cari vəziyyəti və regionda baş verən son hadisələri əhatə edən konstruktiv və faydalı müzakirələr aparıblar.

Həmçinin, qeyd olunan məsələlər Elçin Əmirbəyovun BMT Baş katibinin siyasi və sülh quruculuğu məsələləri üzrə müavini (UNDPPA) Rozmari Dikarlo ilə görüşündə də müzakirə mövzusu olub.

Top
2.3886849880219