Növbədənkənar parlament seçkisində indiyədək 881 nəfərin namizədliyi qeydə alınıb.
"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, ümumilikdə, 1 508 nəfər namizədlik üçün müraciət edib.