kriminal.az

Almaniyanın "Bavariya" və İngiltərənin "Tottenhem" klubları yoldaşlıq görüşü çərçivəsində üz-üzə gəliblər.

Kriminal.Az xəbər verir ki, Cənubi Koreyada keçirilən matçda münhenlilər 2:1 hesablı qələbəyə seviniblər.

Görüşdə hesabı Bundesliqa təmsilçisi açıb. Dördüncü dəqiqədə Qabriel Vidoviç fərqlənib. 56-cı dəqiqədə Leon Qoreçka fərqi iki topa çatdırıb.

İngiltərə kollektivinin yeganə qoluna isə 65-ci dəqiqədə Pedro Porro imza atıb.

Qeyd edək ki, bu komandalar bir həftə sonra yoxlama matçında yenidən üz-üzə gələcəklər.

Top
0.092391967773438