İtaliyanın "Milan" klubu qadın futbolçular və digər əməkdaşları üçün güzəştlər elan edib.
Kriminal.Az sports.ru-ya istinadən xəbər verir ki, bundan sonra klubun qadın üzvləri əmək müqavilələrinin son ilində hamilə qaldıqda onların müqavilələri avtomatik olaraq uzadılacaq.
Bununla yanaşı, komanda xanımların uşaq baxımı ilə bağlı xərclərini də qarşılayacaq.