Lionel Messinin İbizadakı 11 milyon avroluq "qanunsuz" malikanəsi ekofəallar tərəfindən dağıdılıb.
Kriminal.Az Goal.com-a istinadla xəbər verir ki, "İnter Mayami"nin ulduzu Lionel Messi İbizadakı malikanəsi 11 milyon avro (9 milyon funt sterlinq/12 milyon dollar) olan "Futuro Vegetal" iqlim fəalları qrupu tərəfindən dağıdılıb.
Ekofəallar malikanəni dağıtdıqdan sonra açdıqları pankartda: "Messinin İbizadakı qeyri-qanuni malikanəsini rəngləyirik. Köşk futbolçunun 11 milyon avroya aldığı qeyri-qanuni tikilidir", - yazıblar.
Qeyd edək ki, Lionel Messi məsələ ilə bağlı heç bir açıqlama verməyib.