"Bavariya"nın 29 yaşlı sağ cinah müdafiəçisi Coşua Kimmix bir neçə Avropa nəhənginin marağına baxmayaraq, Münhen klubunda qalmaq qərarına gəlib.
Kriminal.Az championat.com-a istinadən xəbər verir ki, alman futbolçunun bu qərarı qətidir.
Qeyd edək ki, Kimmix 2015-ci ildən "Bavariya"da çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 390 matçda iştirak edib, 42 qol vurub, 104 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.