Hindistanlı qadın güləşçi Vineş Phoqat (50 kq) Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında diskvalifikasiya edilib.
Kriminal.Az xəbər verir ki, bu barədə Hindistanın olimpiya komandasının rəsmi "X" hesabı məlumat yayıb.
İdmançının diskvalifikasiyasına səbəb 100 qram artıq çəkiyə sahib olmasıdır.
O bu gün keçiriləcək final görüşündə ABŞ güləşçisi Sara Hildebrandt ilə qarşılaşmalı idi. Vineşin diskvalifikasiyasından sonra bu çəkidə mükafatçılara bir qızıl və iki bürünc medal veriləcək.
Xatırladaq ki, 50 kq çəkidə Azərbaycan təmsilçisi Mariya Stadnik də çıxış edib. 1/4 final mərhələsində məğlub olan titullu idmançı yarışı medalsız başa vurub.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.