Parisdə keçirilən Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışının qalibi müəyyənləşib.
Kriminal.Az xəbər verir ki, finalda İspaniya və Fransa milliləri qarşılaşıb.
Görüşün əsas vaxtı 3:3 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda İspaniya yığmasının üzvü Serxio Kamelyonun dublu (100, 120+1) həlledici olub - 5:3. İspaniya komandasından Fermin Lopes də (18, 25) dubla imza atıb. Digər qolu 28-ci dəqiqədə Aleks Baena rəqib qapısından keçirib.
Fransa yığmasından isə Enzo Millot (11), Maqnes Akliuçe (79) və Jan-Filip Mateta (90+3) fərqlənib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.