Türkiyə Superliqasında ilk turun matçları keçirilir.
Kriminal.Az xəbər verir ki, ötən mövsümü ikinci pillədə başa vuran "Fənərbağça" doğma meydanda "Adana Demirspor"u sınağa çəkib.
Sarı-lacivərdlərin baş məşqçisi Joze Mourinyo çempionatın ilk oyunundaca sarı vərəqə ilə cəzalandırılıb.
Görüşdə yeganə qolun müəllifi ev sahibi komandadan Edin Dzeko olub. Onun matçın 34-cü dəqiqəsindəki dəqiq zərbəsi İstanbul klubuna ilk 3 xalı qazandırıb - 1:0.