Yoldaşlıq görüşü çərçivəsində keçirilən "Atletiko Madrid" "Yuventus" görüşü İspaniya təmsilçisinin qələbəsi ilə yekunlaşıb.
Kriminal.Az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesab 48-ci dəqiqədə açılıb. Joao Felix hesabı açıb -1:0.
"Yuventus" futbolçuları hesaba tarazlıq gətirməyə çalışsalar da, fürsətlərdən istifadə edə bilməyiblər. Əvəzində "Atletiko Madrid" yenidən fərqi artırıb. Anxel Korrea 85-ci dəqiqədə görüşdə son nöqtəni qoyub -2:0.
Anar Həsənov