İspaniyalı motosikletçi La Banyesa Qran-prisinə hazırlıq məşqi zamanı qəzaya uğrayıb və vəfat edib.
Kriminal.Az xəbər verir ki, ispaniyalı motosiklet yarışçısı Xavyer Alvares şənbə günü, avqustun 10-da "Moto3" kateqoriyası üzrə La Banyesa Qran-prisindən öncə məşq edərkən qəzaya uğrayıb.
47 yaşlı sürücü şəhər magistralının döngələrindən birində idarəetməni itirib. Nəticədə o, qoruyucu baryerə çırpılıb və aldığı xəsarətlərdən ölüb.
Həkimlər Xavyeri xilas etməyə çalışsalar da, buna nail ola bilməyiblər.
Qeyd edək ki, Xavyer Alvaresin ölümünə baxmayaraq, təşkilatçılar qarşıdakı həftəsonuda Qran-prinin keçirilməsini qərara alıblar.