kriminal.az
Bakıda məşhur geyim dükanından unikal cavab:

Bakının məşhur geyim dükanında soyunub-geyinmə otağına qoyulan kamera görənlərin təəccübünə səbəb olub.

Kriminal.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.

Qeyd olunur ki, "New Yorker" geyim dükanındakı soyununb-geyinmə otağının düz üstündə kamera quraşdırılıb.

Məsələ ilə bağlı geyim dükanı ilə əlaqə saxladıq. Zəngimizi cavablandıran əməkdaş Kriminal.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqləsə də, açıqlaması bir qədər maraqlı oldu:

"Bəli, quraşdırılıb, amma o, geyinib-soyunanları çəkmir".

"Bəs nəyi çəkir?" sualımıza isə cavab ala bilmədik.

Əzizə İsmayılova

Top
0.062540054321289